Qurban Qurbanov media önünə çıxacaq

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Tvente” (Niderland) qarşılaşmasından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları bəlli olub.

Newsport.az xəbər verir ki, Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı avqustun 26-da saat 13:30-da Suraxanıdakı məşq bazasında baş tutacaq. Saat 19:15-də isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın baş məşqçisi Con van den Bromun iştirakı ilə keçiriləcək mətbuat konfransı saat 17:15-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. “Tvente”nin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) isə saat 18:00-da eyni stadionda keçiriləcək.

Media nümayəndələri akkreditasiyalarını avqustun 26-da saat 10:00-dan 18:00-dək “Azersun Arena”nın media otağından əldə edə bilərlər.

Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Tvente” qarşılaşması saat 20:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right