Dambrauskas: “Mükəmməl oynadıq və layiqli qələbə qazandıq”

“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda bu gün Çexiyanın “Slaviya” komandasını qəbul edib.

Newsport.az xəbər verir ki, 2:0 hesabı ilə qalib gələn “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyundan sonra mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis oyuna yaxşı təzyiqlə başladıqlarını bildirib:

“Biz oyuna başladıqda yaxşı təzyiqimiz var idi. Rəqibi yaxşı təhlil etmişdik. İlk 20-20 dəqiqədə topa 60 faiz sahib idik. Bunun səbəbi, rəqibi yaxşı təhlil etmişdik. Futbolçularımızın oyunda tam qalmasını istəyirdik. Çünki “Slaviya” kimi rəqiblər fiziki cəhətdən yüksək səviyyədə çıxış edirlər. 1:0-dan sonra yenə hücumlara atıldıq. Müəyyən mənada bəxt də bizim tərəfimizdə oldu. Mükəmməl bir nəticədir. İlk ev oyunumuzda ilk qələbə. Bundan gözəl nə ola bilər ki?

Azarkeşlərə vədim odur ki, qarşıdakı oyunda daha yaxşı çıxış edəcəyik. Bizim Qəbələyə çətin səfərimiz var. Ondan sonra “Borussiya” ilə qarşılaşacağıq. Mən nəticə ilə bağlı heç vaxt vəd vermirəm. Azarklerimizə təşəkkür edirəm.

Mənim üçün əsas məsələ sabahkı məşqdir və “Qəbələ” ilə oyundur. Bu dəqiqə mənim fikrim bu matçda qələbə qazanmaq və yenidən böyük səhnəyə qayıdıb uğurlu çıxışımızı davam etdirməkdir. Mən bundan başqa heç nə fikirləşmirəm.

Stiv Solvet bir aydan çox idi ki, oynamırdı. O çox ağır zədə almışdı. Mən “Sabah”ın tibbi heyətinə təşəkkür edirəm ki, onun sağlamlığına daha tez qovuşması üçün yaxşı işlədilər. Sadəcə, bu gün fiziki göstəriciləri istənilən səviyyədə deyil deyə, onu əvəz etməli olduq.

Bütün məsələ fiziki göstəricilərdə deyil. Oyunda biz qalib gəldik. Taktiki gedişlər və digər faktorlar var. Mən deyərdim ki, biz bu gün mükəmməl oynadıq və layiqli qələbə qazandıq”.

“Sabah” Çempionlar Liqasının 3-cü turunda, Bakı Olimpiya stadionunda, oktyabrın 20-də Dortmund “Borussiya”sını qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right