"Sabah" UEFA reytinqində Azərbaycana növbəti xalları qazandırdı

Çempionlar Liqasının seçmə mərhələsinin pley-off mərhələsində dünən keçirilən ilk oyunlardan sonra UEFA ölkələrinin reytinqi yenilənib.

Newsport.az xəbər verir ki, “Sabah”ın İsrailin “Hapoel” (Beer-Şeva) komandasını 5:2 hesabı ilə məğlub etməsi Azərbaycana əlavə 0,250 xal qazandırıb.

Ölkəmiz hazırda 22.187 xalla reytinqdə 26-cı yerdədir. Ukrayna bir pillə (22.587) yuxarıdadır, Slovakiya isə (20.625) isə Azərbaycandan bir pillə aşağıdadır.

Azərbaycan Avropa mövsümünə 18.562 xalla başlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right