Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulub.
Newsport.az xəbər verir ki, keçirilən 4 oyunla Liqa mərhələsinə yüksələn bütün komandalar bəlli olub.
"Fənərbaxça" (Türkiyə) Fransada "Lion"la qarşılaşıb və 2:1 hesabı ilə qalib gələrək Liqa mərhələsinə yüksəlib. İstabul təmsilçisi sonuncu dəfə 18 il əvvəl - 2008/09 mövsümündə Çempionlar Liqasının əsas mərhələsində çıxış etmişdi.
AEK Yunanıstanda "Levski"ni (Bolqarsıtan) 4 cavabsız qolla məğlub edərək Liqa mərhələsinə yüksəlib. Norveç "Vikinq"i öz meydanında Zaqreb "Dinamo"sunu 3:1 hesabı ilə üstələyib və mərhələni adlayıb.
"Slovan" (Slovakiya) Sloveniya səfərində "Tselye"ni 2:1 məğlub edərək Liqa mərhləsinə vəsiə qazanıb.
Hər 4 cütlüyün ilk oyununda bərabərlik qeydə alınıb.
26 avqust
UEFA Çempionlar Liqası, pley-offun cavab oyunları
23:00. AEK (Yunanıstan) – “Levski” (Bolqarıstan) - 4:0
İlk oyun – 0:0
23:00. “Vikinq” (Norveç) – “Dinamo” Zaqreb (Xorvatiya) - 3:1
İlk oyun – 2:2
23:00. “Tselye” (Sloveniya) – “Slovan” Bratislava (Slovakiya) - 1:2
İlk oyun – 1:1
23:00. “Lion” (Fransa) – “Fənərbaxça” (Türkiyə) - 1:2
İlk oyun – 1:1