"Sabah"ın futbolçusu Velko Simiç UEFA Çempionlar Liqasının təsnifat mərhələlərinin bombardirlik yarışında ilk pilləyə yüksəlib.
Newsport.az xəbər verir ki, serbiyalı vingeri III təsnifat mərhələsinin "Orhus"la cavab matçında fərqlənməklə buna nail olub.
31 yaşlı oyunçu qollarının sayınnı 5-ə yüksəldib. Bununla da Simic təsnifat mərhələlərinin ən sərrart futbolçusu olub.
Simiçdən sonra "Fənərbaxça"nın futbolçusu Anderson Talişka və "Selye"dən Mario Kvesiç gəlir. Onların aktivində 4 qol var.
Qeyd edək ki, "Orhus"u mübarizədən kənarlaşdıran "Sabah" pley-off mərhələsində İsrail təmsilçisi "Hapoel" (Ber-Şeva) ilə üz-üzə gələcək. Komandalar arasındakı ilk oyun avqustun 19-da Rumıniyada, cavab görüşü isə ayın 25-də Bakıda baş tutacaq.