Futbol üzrə Azərbaycan II Liqasında V turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, bu gün "Füzuli" öz meydanında "Şəfa"nı qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 12-yə yüksəldən "Füzuli" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 3 xalı olan "Şəfa" isə 12-ci yerdədir.
"Füzuli" - "Şəfa" 2:1
Qollar: Rəvan Abbasov, 1, Loğman Əliyev, 43 (avtoqol) - İbrahim İsmayılov, 29