Futbol üzrə Azərbaycan I Divizionunda XVI turun görüşləri keçirilir.
Newsport.az xəbər verir ki, "Şamaxı-2" doğma meydanda "Turan Tovuz-2"ni qəbul edib. Qarşılaşma qərb bölgəsi təmsilçisinin 3:2 hesablı qələbəsiylə başa çatıb.
Xallarını 31-ə yüksəldən "Turan Tovuz-2" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Şamaxı-2" isə 20 xalla 9-cu yerdədir.