Gəncə şəhər stadionunda duyğusal anlar

Futbol üzrə Azərbaycan çempionatının XXI turunda "Qarabağ" səfərdə "Kəpəz"in qonağı olub. 

Newsport.az-ın məlumatına görə, 1:1 hesabı ilə başa çatan matçdan həm əvvəl, həm də sonra maraqlı anlar yaşanıb. 

2020-ci ildə Ermənistanın Gəncəyə atdığı raket zərbəsi nəticəsində yaralanmış və oyuncaqları yanmış körpə qızcığazın görüntüləri hər kəsi məyus etmişdi. Bu fotodan təsirlənən Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov da həmin uşağa oyuncaqlar yollamışdı. 

İllər sonra həmin qızcığazla Qurban Qurbanovun görüşü baş tutub. Gəncə şəhər stadionda mütəxəssisi görməyə gələn Aylin Qurbanovun boynuna sarılaraq onu tanıdığını deyib. Matçın start fitindən öncə Aylin və Məryəm bacıları Qurban Qurbanova təşəkkür üçün gül dəstəsi bağışlayıblar. 

Matçdan sonra isə Gəncə Təhsil İdman Mərkəzinin azyaşlı futbolçusu "Qarabağ"ın üzvlərini görmək istəyib, lakin polislər ona mane olublar. Bu səbəbdən uşaq ağlayıb. Onu əvvəlcə Ağdam klubunun mətbaut katibi Gündüz Abbaszadə görüb və nə baş verdiyi ilə maraqlanıb. Daha sonra isə baş məşqçi Qurban Qurbanov hadisədən xəbər tutub və uşağın soyunub-geyinmə otağına aparılmasına, futbolçuları görüb onlarla şəkil çəkdirməsinə icazə verib. Qurbanovun bu jestinə sevinən azyaşlı futbolçu mütəxəssisə ağlayarak təşəkkür edib. (Fanat.az)

Həmin anların videosunu təqdim edirik:





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right