"Qarabağ" "Fənərbaxça"nın sabiq futbolçusunu transfer etdi

"Qarabağ" Yassine Benzianın transferini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, bununla bağlı Ağdam klubunun rəsmi Feysbuk səhifəsi video paylaşıb. Onunla bağlanan müqavilənin müddəti və digər detallar açıqlanmayıb. Benzia "Qarabağ"da 7 nömrəli forma ilə çıxış edəcək.

28 yaşlı hücumameylli yarımmüdafiəçi olan Benzia Fransanın U-21 millisi də daxil olmaqla bir neçə aşağı yaş qrupu üzrə komandalarında oynayıb. O, həmçinin Əlcəzairin əsas millisində 4 oyun keçirib. "Lion", "Fənərbaxça", "Olimpiakos", "Lill", "Hatayspor"da oynamış Benzia bu mövsümü Fransanın "Dijon" klubunda keçirib. 

Benzia Fransa Liqa-1-də ümumən 131 oyun keçirib, 15 qol vurub və 13 qolun ötürməsini verib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right