"Neftçi"nin yeni transferi: "İstəyirəm ki, hamımız xoşbəxt olaq"

"Neftçi"nin yeni transferi Kilan Lebon "Neftçi TV"yə müsahibə verib.

Newsport.az-ın məlumatına görə, fransalı yarımmüdafiəçi paytaxt klubuna keçidindən və Azərbaycandakı məqsədlərindən danışıb:

"Astana"nın məşqçi heyəti ilə danışandan sonra qərar verdim ki, başqa yerə getmək mənim üçün daha yaxşı olar. Dərhal agentim və ailəmlə danışdım. Agentim bir gün sonra zəng edib "Neftçi"dən təklif olduğunu dedi. Buna çox sevindim. Çünki “Neftçi” böyük və tanınmış klubdur. Komandaya gəlişim belə baş verdi. Məqsədim klubun istəklərini həyata keçirməkdir. Öz oyun üslubumla komandaya bacardığım qədər fayda vermək istəyirəm. İstəyirəm ki, həm klub, həm azarkeşlər, həm də hamımız hamımız xoşbəxt olaq.

Əvvəlcə instaqramdakı bütün bu şərtləri görəndən sonra telefon əlimdəykən gülümsəyirdim. Çünki azarkeşlərin səni istəməsi çox yaxşı hissdir. Mən də öz növbəmdə azarkeşlərə demək istəyirəm ki, meydanda əlimdən gələnin ən yaxşısını etməyə çalışacam, oyunlarda ürəyimi qoyacam. Çalışacam ki, qol vurum, qələbələr qazanıb, və hər şeyə nail olum".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right