Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə yanvarın 3-də Bakıda bir araya gələn “Turan Tovuz” bu gün Antalyaya yola düşüb.
Newsport.az-ın məlumatına görə, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Artıq Antalyada olan Ayxan Abbasovun komandası yanvarın 18-nə qədər qardaş ölkədə hazırlıq keçəcək.
Xatırladaq ki, “Turan Tovuz” Türkiyədə üç yoxlama oyunu keçirəcək. Belə ki, sözügedən komanda yanvarın 9-da Rumıniyanın “Petrolul”, 13-də İsveçrənin “Aarau”, 17-də isə Polşanın “Qurnik” (Zabrje) kollektivləri ilə üz-üzə gələcək. Komanda yanvarın 18-də vətənə dönəcək.