Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, ilin son matçı Zirədə baş tutub.
"Zirə" evdə "Kəpəz"i qəbul edib. Gərgin keçən matçda 4 qol vurulub.
"Zirə" - "Kəpəz" 2:2
Qollar: Rəhim Sadıxov, 11, Sərtan Taşkın, 90+8 - Fərid Nəbiyev, 25, Nicat Süleymanov, 70