MOİK - "Mingəçevir" matçında 5 qol

Futbol üzrə Azərbaycan I Divizionunda XII turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, bu gün MOİK öz meydanında "Mingəçevir"i qəbul edib. Qarşılaşma "hərbçilər"in 3:2 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 15-ə yüksəldən MOİK turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. "Mingəçevir" isə 13 xalla 12-ci yerdədir.

 

MOİK 3–2 “Mingəçevir”
Qollar:
Muxtar Nəzərli, 25; Kamil Hüseynov, 28; Tural Nəsirov, 35 - Tural Məmmədzadə, 1; Elvin Əlizadə, 80 (p.)

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right