"Kəpəz"in stadionunun tribunaları dəyişdirilir

Premyer Liqa təmsilçisi “Kəpəz” gələcək həftədən böyük ehtimalla rəqiblərini doğma divarlarda keçirəcək.

Newsport.az-ın məlumatına görə, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv bu mövsüm ilk dəfə rəqiblərini Gəncədə qəbul edə bilər. Stadionunun birinci yarusunda tribunalara təkrar texniki baxışın keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyinə müraciət olunub. Müvafiq orqanların əməkdaşları tərəfindən arenaya vizual baxış keçirilib. Birinci yarusda tribunaların mövcud vəziyyəti nəzərə alınaraq təhlükəsizlik qaydalarına riayət olunmaqla stadiona məhdud sayda azarkeşin buraxılması mümkün hesab edilib.

Yeni rəyə uyğun olaraq klub tərəfindən komandanın ev oyunlarını Gəncədə keçirə bilməsi üçün qərara yenidən baxılması ilə bağlı Peşəkar Futbol Liqasına müraciət olunub.

Yerli "Kəpəz TV" telekanalı stadionun hazırki vəziyyətilə bağlı sujet hazırlayıb. Klubun baş meneceri Samir Hüseynov da stadionun vəziyyəti haqda danışıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right