Maksimum nəticə ilə Azərbaycan Premyer Liqasının hazırkı lideri "Sabah" 5-ci turda "Səbail"lə oyun öncəsi video paylaşıb.
Newsport.az-ın məlumatına görə, videoda matçdan əvvəl afişaların asıldığı və insanlara klubun atriburlarının paylandığı yer alıb. Klub bu video ilə azarkeşləri oyuna dəvət edib.
Qeyd edək ki, sentyabrın 4-ü keçiriləcək "Sabah" - "Səbail" görüşü saat 18:00-da başlayacaq.