"Qarabağ"ın "Sürix"lə heç-heçə oynadığı matç

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi "Sürix" olacaq.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi İsveçrə çempionu ilə bundan əvvəl bir dəfə qarşılaşıb. Bu isə yoxlama görüşü olub. Belə ki, komandalar 2014/2015 mövsümünün qış hazırlıq dönəmində üz-üzə gəliblər.

Antalyada keçirilən matç 1:1 hesabı ilə yekunlaşıb. "Sürix" Marko Şenbehlerlə hesabı açsa da, "Qarabağ"dan Reynaldo özü qazandığı penalti zərbəsilə hesabı bərabərləşdirə bilib.

"Qarabağ" "Sürix"lə ilk oyunu iyulun 19-da Bakıda keçirəcək. Cavab oyunu bir həftə sonra İsveçrədə olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right