Türkiyə millisinin sabiq futbolçusu Tanju Çolak Naxçıvan Muxtar Respublikasında səfər edib.
Newsport.az xəbər verir ki, 59 yaşlı veteran hücumçunun səfəri Naxçıvan Futbol Federasiyasının dəvəti ilə gerçəkləşib.
"Qalatasaray" və "Fənərbağça"nın keçmiş oyunçusu Region Liqasının Naxçıvan zonası üzrə keçirilən "Batabat" - "Araz-Naxçıvan" matçını izləyib.
Uzunoba Təlim Məşq idman kompleksində təşkil olunan 9-cu tur matçı "Araz-Naxçıvan"ın 10:1 hesablı qələbəsi ilə başa çatıb.
Çolak matçdan sonra futbolçularla görüşüb, onlarla xatirə şəkli çəkdirib.