Millimizin dünya çempionatının yarımfinal mərhələsindəki rəqibi müəyyənləşdi

Azərbaycanın 23 yaşadək minifutbolçulardan ibarət yığmasının Xorvatiyada keçirilən dünya çempionatının yarımfinal mərhələsindəki rəqibi müəyyənləşib.

Newsport.az xəbər verir ki, İlkin Hacıyevin baş məşqçi olduğu komanda Rumıniya millisi ilə qarşılaşacaq. Bu görüş sabah, Bakı vaxtı ilə saat 14:45-də start götürəcək.

Xatırladaq ki, U-23 daha əvvəl keçirdiyi oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə üstələyib. Rumıniya ilə heç-heçə (3:3) edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right