Futbol üzrə Azərbaycan II Liqasında VII tura yekun vurulub.
Newsport.az xəbər verir ki, bu gün "Dinamo" Binə qəsəbə stadionunda "Kür-Araz"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 9:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 12-yə yüksəldən "Dinamo" turnir cədvəlinin IV pilləsində qərarlaşıb. 4 xalı olan "Kür-Araz" isə X yerdədir.