Bu gün minifutbol üzrə Azərbaycanın U-23 millisi dünya çempionatında ilk oyununu keçirib.
Newsport.az xəbər verir ki, komanda Rumıniya ilə qarşılaşıb. Matç 3:3 hesabı ilə yekunlaşıb.
Azərbaycan millisinin qollarını Xəzər Ağalızadə (3), Nihad Ağayev (35) və Fərid Abbasov (39) vurublar.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 16-na qədər Xorvatiyada keçiriləcək.