"Qarabağ-2"nin məşqçisi Muarem Zekiri dörd oyunluq cəzalanıb.
Newsport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
Mütəxəssis Əvəzedicilər Liqasının V turunda, "Zirə" ilə oyunun 68-ci dəqiqəsində hakimi təhqir edib.
Birbaşa qırmızı vərəqə alan M.Zekir 4 oyunluq cəza ilə üzləşib. Kluba isə buna görə 1000 manat cərimə kəsilib.