Bu gün Misli Premyer Liqasında 7-ci tura yekun vurulub.
Newsport.az xəbər verir ki, son oyun günü üçün nəzərdə tutulan iki matçdan biri artıq başa çatıb.
"İmişli" Yevlax şəhər stadionunda "Qarabağ"ı qəbul edib. Görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün və turun son matçında isə "Turan Tovuz" "Şəfa" ilə üz-üz gəlib. Tovuz təmsilçisi görüşdən 1:0 hesablı qalibiyyət ilə üstün ayrılıb.
11 oktyabr (bazar)
18:30. “Şəfa” – “Turan Tovuz” - 0:1
Qol: Dioqo Balau, 45+2
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Murad Səlimov, Nicat İsmayıllı (VAR), Müslüm Əliyev (AVAR)
“SOCAR Polymer Arena”
16:00. “İmişli” – “Qarabağ” - 0:2
Qollar: Aleksey Kaşuk, 59, Jali Muaddib, 88
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Eyyub İbrahimov, Ruslan Quliyev, Vüqar Həsənli (VAR), Zöhrab Abbasov (AVAR)
Yevlax şəhər stadionu
Turun digər oyunlarının nəticələri
“Araz-Naxçıvan” - “Kəpəz” - 0:2
“Neftçi” - “Sabah” - 0:0
“Sumqayıt” - “Qəbələ” - 4:1
“Zirə” - “Şamaxı” - 1:1
Bombardirlər:
Breno Almeyda ("Neftçi") - 7 qol
Coy-Lens Mikels ("Sabah") - 4 qol
Ağadadaş Salyanski ("Araz Naxçıvan") - 3 qol