Qadın həndbolçulardan ibarət “Kür” komandası bu gün EHF Avropa Kubokunda növbəti matçını keçirəcək.
Newsport.az xəbər verir ki, Mingəçevir təmsilçisi doğma meydanda Kiprin “APOEL” klubu ilə qarşılaşacaq.
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində reallaşacaq duel saat 17:00-da start götürəcək. Komandalar arasındakı növbəti oyun oktyabrın 11-də baş tutacaq.