15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışı keçirəcək.
Newsport.az xəbər verir ki, U-15 millimiz oktyabrın 16-dan 18-dək Dalğa Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
Daha sonra isə komandamız oktyabrın 19-dan 27-dək Maltada təşkil olunacaq UEFA İnkişaf Turnirində iştirak edəcək.