"Slaviya"nın futbolçusu: "Sabah"la matç qalib gəlmək üçün növbəti şansdır"

“Slaviya”nın(Praqa) futbolçusu Lukaş Provod Çempionlar Liqasının 2-ci turunun Bakıda "Sabah"a qarşı keçiriləcək oyunu ilə bağlı fikirlərini bölüşüb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Provod Bakıdakı görüşdə uğurlu nəticəyə inandığını deyib:

"Sabah”la oyun Çempionlar Liqasında qalib gəlmək üçün növbəti şansdır. Lakin Çempionlar Liqasında asan oyun olmadığı üçün xüsusən də belə uzun yolu qət etməli olduğunuz zaman çətin rəqiblə qarşılaşırıq. Əlimizdən gələni edəcəyik. Azərbaycan komandası qalib gələ biləcəyimiz rəqiblərdən biridir. Amma  qarşıda “Jlin”lə oyunumuz var və sonra "Sabah"a hazırlaşacağıq".

"Sabah” - "Slaviya" matçı oktyabr 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək və görüşə saat 20:45-də start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right