“Səbail” daha bir futbolçu transferini açıqlayıb.
Newsport.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
1-ci Liqa təmsilçisi kamerunlu vinger Samuel Nonqo ilə müqavilə imzalayıb.
Xatırladaq ki, 22 yaşlı oyunçu son olaraq Albaniyanın “Elbasani” klubunun formasını geyinib. O, Türkiyənin “Adana Demirspor” komandasında da çıxış edib.