Elvin Cəfərquliyevin “Qarabağ”a dönüşü nə qədər çəkəcək?

“Qarabağ”ın zədəli futbolçularının son durumu açıqlanıb.

Newsport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Renaldo Sefas MRT müayinəsindən keçib və nəticələrdə əhəmiyyətli dəyişiklik aşkarlanmayıb.

26 yaşlı yarımmüdafiəçi 3-4 gün ərzində tibbi və məşqçi heyətinin nəzarəti altında məşq edəcək.

O, Yamayka millisinin heyətində zədələnib. Sefas KONKAKAF Millətlər Liqasında Hondurasla ev matçında sıradan çıxıb.

“Köhlən atlar”ın hazırda zədəli olan digər futbolçusu isə Elvin Cəfərquliyevdir. Cinah müdafiəçisinin yaşıl meydanlara nə vaxt qayıdacağı qeyri-müəyyəndir.

Elvin Cəfərquliyev sentyabrın əvvəlində zədəsi səbəbindən əməliyyat olunub. O, UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə cavab oyununda zədələnib.

Müayinələr zamanı futbolçunun sol budunun arxa əzələ qrupuna daxil olan yarımvətərli əzələnin distal vətərində zədələnmə aşkarlanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right