“Rakuv” Azərbaycan yığmasının daha bir neçə üzvü ilə maraqlanır. Mahir Emrelinin formasını geydiyi Polşa klubu qışda, ən geci mövsümün sonunda bununla bağlı konkret addım atmağı düşünür.
Newsport.az futbolinfo.az-a isrtinadən xəbər verir ki, polşalıların diqqət mərkəzindəki əsas oyunçu Abdulla Xaybullayevdir. “Sabah”ın yarımmüdafiəçisi üçün onun klubuna rəsmi müraciət olunacaq. Dayaq yarımmüdafiəçisi milli komandadakı çıxışı ilə diqqət mərkəzinə düşüb.
“Rakuv” rəhbərliyi Mahirin çıxışından razıdır və ona yeni müqavilə təklif etməyə hazırlaşır. Digər həmyerlilərimizə maraq da onun etimadı doğrultmasından sonra yaranıb.