Toral Bayramov 200 min avro ucuzlaşdı

Türkiyə 1-ci Liqasında komandaların və futbolçuların dəyəri yenilənib.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Toral Bayramov da siyahının üst sıralarındadır.

25 yaşlı sol cinah müdafiəçisi liqanın ən dəyərli 4-cü futbolçusudur. Son dönəmlərdə 200 min avroluq dəyər itirən Bayramovun hazırkı transfer qiyməti 1,8 milyon avroya bərabərdir. Onu qabaqlayan 3 oyunçunun hamısı komanda yoldaşlarıdır.

İlk “üçlük”də müvafiq olaraq “Bursaspor”un digər oyunçuları Keleçi İhenaço (2,8 milyon avro), Linkoln (2,7 milyon) və Juergen Elitim (2,2 milyon) qərarlaşıblar. Onlar da Bayramov kimi dəyər itiriblər.

Liqanın ən dəyərli komandası isə elə “Bursaspor”dur. Bursalıların futbolçularının ümumi transfer qiyməti 19 milyon avrodur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right