Severina mükafatlandırıldı

Misli Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Sabah” futbol klubunun üzvü Ksander Severina mükafatlandırılıb.

Newsport.az xəbər verir ki, avqust ayının ən yaxşı qolunun müəllifinə mükafatı Peşəkar Futbol Liqasının inzibati binasında qurumun prezidenti Elxan Səmədov təqdim edib.

Mükafatlandırmadan sonra təəssüratlarını bölüşən Severina “Ayın qolu” layihəsində qalib seçilməsindən məmnun olduğunu bildirib. Futbolçu qazandığı pul mükafatını “Sabah Futbol Akademiyası Gələcəyin İstedadları” fonduna təqdim edəcəyini vurğulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right