Azərbaycan cüdoçusu DÇ-də finala çıxdı

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Newsport.az xəbər verir ki, mundialın dördüncü günündə Azərbaycanın 4 təmsilçisi mübarizəyə qoşulub.

63 kq-da mübarizə aparan Hanna Zaytseva ilk mərhələdən azad idi. O, 1/16 finalda Anna Kriza (Macarıstan) ilə üz-üzə gəlib və uduzaraq mübarizəni erkən dayandırıb.

81 kq-da yarışan Zelim Tçkayev də ilk mərhələdən azad idi. O, 1/16 finalda Viktor Sterpunu (Moldova) ipponla məğlubiyyətə uğradıb. 1/8 finalda Tskayevin rəqibi Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzar Tatalaşvili olub. Zelim qələbə qazanaraq 1/4 finala yüksəlib. O, bu mərhələdə Casse Mattihasa (Belçika) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Zelim yarımfinalda Abılayxan Jabanazarla (Qazaxıstan) üz-üzə gəlib və ipponla qalib gəlib. Cüdoçumuz finalda Gürcüstan idmançısı Tato Qriqaraşvili ilə qarşılaşacaq.

Eyni çəki dərəcəsində mübarizə aparan Ömər Rəcəbli mübarizəyə 1/16 finaldan başlayıb. O, startda Sibqatullah Arabı (Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında yarışır) ipponla məğlub edib. Ömər 1/8 finalda Morodjon Yuldaşevlə (Özbəkistan) üz-üzə gəlib və qalib gəlib. O, 1/4 finalda Mihaylo Siminlə (Serbiya) görüşüb və məğlub olub. İdmançımız bu məğlubiyyətə baxmayaraq, təsəlliverici görüşdə sloveniyalı Nake Herkoviçlə qarşılaşıb və bu rəqibinə qalib gələrək dünya çempionatında bürünc medal uğunda yarışmaq hüququna yiyələnib.

Vüsal Qələndərzadə 1/32 finalda Xristo Valkova (Bolqarıstan) ipponla qalib gələrək 1/16 finala yüksəlib. O, bu mərhələdə Saad Dikayevə (Estoniya) qalib gəlib. Vüsalın 1/8 finalda rəqibi Abılayxan Jabanazar (Qazaxıstan) olub. Cüdoçumuz bu görüşdə uduzaraq mübarizəni başa vurub.

Hazırda Azərbaycan millisinin aktivində 2 medal (1 qızıl, 1 bürünc) var. Əhməd Yusifov (60 kq) dünya çempionu olub, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right