Millətlər Liqasının ilk 4 turunun oyunlarından sonra milli komandaların FİFA reytinqi yenilənib.
Newsport.az xəbər verir ki, Azərbaycan yığması əvəlki sıralama ilə müqayisədə 1 pillə geriləyib.
Ayxan Abbasovun komandası hazırda 1138,96 xalla 127-cidir.
Azərbaycan millisi Millətlər Liqasında 3 oyun keçirib. Komanda Lixtenşteyn və Litva ilə heç-heçə edib. Daha sonra yığma Litvaya qalib gəlib. Həmçinin millimiz yoldaşlıq görüşündə Tacikistanı 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, FİFA reytinqinə 2011,57 xalla İspaniya liderlik edir. Argentina 1972,80 xalla 2-ci, Fransa isə 1958,86 xalla 3-cüdür.