Neymardan Messiyə vida mesajı: "Səninlə tarix yazmaq şərəf idi"

Braziliyalı ulduz vinger Neymar Argentina millisindəki vidalaşma matçı münasibətilə "Barselona" və PSJ-dəki keçmiş komanda yoldaşı Lionel Messiyə müraciət edib.

Newspoert.az xəbər verir ki, bu barədə braziliyalı futbolçu "Instagram" sosial şəbəkəsindəki şəxsi səhifəsində paylaşım edib.

"Futbolu sevən hər kəs bu illər ərzində sənin oyunundan həzz aldı... Bu gün sənin millinin, ölkənin forması ilə son matçındır və ümid edirəm ki, sən hər saniyədən zövq alacaqsan, bu günkü bütün bu ehtiram sənə sevinc bəxş edəcək. Sənə yalnız Argentina deyil, futbol üçün etdiyin hər şeyə görə bütün dünya təşəkkür edir. Futbolu mənə daha çox sevdirdiyin üçün sağ ol; sənə qarşı oynamaq mənim üçün şərəf idi, səninlə birlikdə tarix yazmaq isə daha böyük bir şərəf idi", - deyə Neymar paylaşımında bildirib.

Qeyd edək ki, Messi "Albiseleste"nin tarixində ən yaxşı bombardir və asistendir. O, keçirdiyi 207 matçda 125 qol vurub və 68 məhsuldar ötürmə edib.

Təcrübəli hücumçu milli komandanın heyətində 36 ildən sonra ilk dəfə dünya çempionatının qalibi olub, iki dəfə Amerika Kubokunda zəfər çalıb və 2008-ci il Olimpiya Oyunlarının qızıl medalını qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right