Azərbaycan kuboku: yeni mövsümə bu gün start veriləcək Yenilənir

Bu gün Azərbaycan Kubokunda 2026/2027 mövsümünə start veriləcək.

Newsport.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

"Qaradağ Lökbatan" "Şəki" ilə qarşılaşacaq.

"Şəmkir" isə “Ağstafa Gəncləri” ilə üz-üzə gələcək.

Digər matçlar oktyabrın 8-i və 9-da baş tutacaq. 

Azərbaycan Kuboku
I təsnifat mərhələsi

7 oktyabr

“Qaradağ Lökbatan” – “Şəki”
Hakimlər
: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Törə Əhmədova
Lökbatan OİK stadionu, 14:30

“Şəmkir” – “Ağstafa Gəncləri”
Hakimlər:
Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mahal Məmmədov
Şirvan OİK stadionu, 14:30.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right