"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" Yankoviç

Monteneqro millisinin və "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç yorğunluqdan şikayətlənib.

Newsport.az xəbər verir ki, 31 yaşlı futbolçu son 10 gündə milli komandası ilə UEFA Millətlər Liqasının dörd rəsmi matçında meydana çıxıb. Marko Kipr, Latviya və Ermənistanla iki matçda əsas heyətdə meydana çıxıb.

Yankoviç sıx təqvimlə əlaqədar Monteneqro mediasının sualına cavabında bildirib: 

“Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm. Amma bu, peşəkar idmançıların qəbul etdiyi normal vəziyyətdir. Çox oynayırsan, məşq edirsən və səndən həmişə yüksək səviyyə gözlənilir. Kimsə bütün bunlara hazır deyilsə, deməli, bu iş ona görə deyil. Yorğun olsam da, yorğun deyiləm”, – deyə o, gülümsəyərək bildirib.

Qeyd edək ki, Monteneqro Millətlər Liqasının C Liqasının 2-ci qrupunda 4 oyundan 10 xalla 1-ci yeri tutur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right