İntizam Komitəsinin iclası keçirildi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib və Azərbaycan II Liqasının VI turunun oyunları ilə bağlı bir sıra sərt qərarlar qəbul edilib. Turun qarşılaşmalarında baş verən qayda pozuntularına görə klublar və futbolçular müxtəlif məbləğlərdə cərimələniblər.

Newsport.az xəbər verir ki, bu barədə qurumun rəsmi mətbuat xidməti məlumat yayıb.

"Qaradağ Lökbatan" – "Zəngəzur" matçının fasiləsində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunduğu üçün klub 300 manat cərimə edilib. Həmin görüşün 90-cı dəqiqəsində ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alan "Zəngəzur"un futbolçusu Tural Qurbatov 1 oyunluq cəzalandırılıb, klubu isə 50 manat ziyana düşüb. "Şirvan" – "Difai" matçından sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Şirvan" 250 manat cərimə ilə üzləşibsə, qırmızı vərəqə görən "Difai"nin oyunçusu Ayxan Qaracayev 1 oyunluq diskvalifikasiya olunub, klubu isə 50 manat cərimələnib.

Həkim çatışmazlığı və təşkilati qüsurlar da komandalara baha başa gəlib. Cari mövsümdə analoji halı təkrar edən "Şəki" və "Şəmkir" klubları oyunlarda həkimlərinin olmamasına görə müvafiq olaraq 200 və 250 manat cərimə olunublar. "Hypers" – "Marafon" görüşündə hər iki komandanın çoxlu sarı vərəqə alması səbəbindən hər iki klub 70 manat, "Hypers" isə əlavə olaraq təşkilati öhdəlikləri pozduğu üçün 100 manat cərimə edilib. Təcili tibbi yardım avtomobilinin olmaması səbəbindən oyunu gec başlayan "Ağdaş" komandası ümumilikdə iki fərqli təşkilati pozuntuya görə 450 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right