"Qarabağ"dan Sefasın durumu ilə bağlı AÇIQLAMA

"Qarabağ"ın zədəli futbolçusu Renaldo Sefasın durumu müəyyənləşib.

Bu barədə Newsport.az-a Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 26 yaşlı yarımüddafiəçi MRT müayinəsindən keçib. Müayinənin nəticələrində əhəmiyyətli dəyişikliklər aşkarlanmayıb.

Qeyd olunub ki, o, 3-4 gün ərzində tibbi və məşqçi heyətinin nəzarəti altında məşq edəcək.

Xatırladaq ki, Renaldo Sefas Yamayka millisinin heyətində zədələnib. O, KONKAKAF Millətlər Liqasında Hondurasla ev matçında sıradan çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right