“Neftçi”nin futbolçusu Alen Şkribekin Bakıdakı gündəlik həyatı, klub mühiti və komanda yoldaşları ilə münasibəti ilə bağlı maraqlı vloq hazırlanıb.
Newsport.az xəbər verir ki, “Neftçi TV”nin ərsəyə gətirdiyi “Alen Şkribeklə bir gün” layihəsində futbolçunun meydandan kənar həyatı izləyicilərə fərqli formatda təqdim olunur.
Macarıstanlı yarımmüdafiəçinin klubdakı bir gününü yaxından görmək və onun haqqında daha çox məlumat əldə etmək istəyənlər üçün vloq maraqlı görüntülərlə zəngindir.
“Neftçi TV”nin hazırladığı həmin videonu təqdim edirik: