AMADA “Zirə”nin komandaları üçün seminar keçirib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən “Zirə” futbol klubunun U-15, U-16, U-17 və U-19 komandaları üçün maarifləndirici seminar təşkil edilib.

Newsport.az xəbər verir ki, seminar zamanı iştirakçılara dopinq nəzarəti prosesi, idmançıların hüquq və vəzifələri, antidopinq qayda pozuntuları, eləcə də 2027-ci ildən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlardakı əsas yeniliklər barədə ətraflı məlumat verilib.

Eyni zamanda dopinq istifadəsinin insan sağlamlığı üçün yaratdığı ciddi risklər, idmançı karyerasına vurduğu zərərlər, antidopinq qayda pozuntularının mümkün nəticələri və təmiz idmanın vacibliyi xüsusi diqqətə çatdırılıb.

Seminar interaktiv formatda keçirilib, gənc futbolçuların sualları cavablandırılıb və onların antidopinq sahəsində biliklərinin artırılmasına dəstək göstərilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right