Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən Region Liqasının formatında və reqlamentində həyata keçirilən yeniliklər və struktural dəyişikliklərlə əlaqədar olaraq “Murov Kəlbəcər” klubu da vacib qərar qəbul edib.
Yenilənmiş tələblərə əsasən, Bakı şəhərini təmsil edən komandaların turnirdə məhz paytaxtın adı altında çıxış etməsi zərurəti yaranıb.
Newsport.az xəbər verir ki, bu səbəbdən, “Murov Kəlbəcər” rəhbərliyinin qərarı ilə komandanın adı rəsmi olaraq dəyişdirilib. Komanda bundan sonra “Gənclərbirliyi Bakı” Peşəkar Futbol Klubu adlanacaq.
Komanda yeni mövsümdən etibarən yeni brend, yenilənmiş loqo və yüksək hədəflərlə “Gənclərbirliyi Bakı” adı altında mübarizə aparacaq.