"Zirə" Çempionlar Liqasının 1/4 finalında mübarizəni dayandırdı

İspaniyanın Kambrils şəhərində minifutbol üzrə Çempionlar Liqası davam edir.

Newsport.az xəbər verir ki, bu gün Azərbaycanın iki təmsilçisi olan ölkə çempionu “Zirə” və “Birbaşa Bakı” Çempionlar Liqasının pley-off mərhələsində oyunlarını keçirib. Hər iki komanda məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

1/4 final
“Zirə” – “Rooftop Budapeşt” (Macarıstan) — 0:0, penaltilərlə 0:2

1/8 final
“Birbaşa Bakı” – “Bukovina Baudeti” (İngiltərə) — 0:0, penaltilərlə 0:2
“MFK MK No Sbet Podqoritsa” (Monteneqro) – “Zirə” — 2:2, penaltilərlə 1:3

Qrup mərhələsində “Birbaşa Bakı” İngiltərənin “Ardeleni” (3:2), Macarıstanın “Çikaqo Bandur” (3:0) və Slovakiyanın “AK Real Koholiks” (2:0) komandaları ilə qarşılaşıb.

“Zirə” isə Bosniya və Herseqovinanın “Krayna Plan 21” (1:1), Çexiyanın “Hanspaulkom” (2:0) və İspaniyanın “Grupo Roxu” (1:2) klubları ilə oynayıb.

Azərbaycanın üçüncü təmsilçisi “Aznur” isə qrup mərhələsini keçə bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right