Azərbaycan və Gürcüstan arasında idman sahəsində əməkdaşlıq müzakirə olundu

Gənclər və idman naziri Fərid Qayıbov Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Newsport.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüş zamanı Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı, eləcə də gənclər və idman sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Eyni zamanda, iki ölkənin aidiyyəti qurumları arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right