Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası AVRO-2027-nin seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.
Newsport.az xəbər verir ki, B qrupunun VIII turu çərçivəsində baş tutacaq qarşılaşmada millimiz Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
"Əlincə Arena"da keçiriləcək qarşılaşmanı İrlandiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Aaron Odud olacaq. Ona həmyerliləri Darra Kiqan və Şeyn Cerrard Obrayen kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Pol Norton yerinə yetirəcək.
Qeyd edək ki, qrupda keçirdiyi 7 oyundan sonra aktivində 6 xalı olan yığmamız 5-ci pillədə qərarlaşıb. Seçmə mərhələ ərzində 1 qələbə və 3 heç-heçə əldə edən gənclər komandamız 3 matçda isə meydanı məğlubiyyətlə tərk edib.
AVRO-2027, U-21
B qrupu, VIII tur
25 sentyabr
17:45. Azərbaycan – Çexiya
Baş hakim: Aaron O'Doud
Baş hakimin köməkçiləri: Darra Kiqan, Şeyn Cerrard O'Brayen
Dördüncü hakim: Pol Norton
"Əlincə Arena"