Mahir Emreli: "Özümü Polşada xoşbəxt hiss edirəm, mənə qarşı diqqət göstərirlər"

"Hazırda rahat və asan rəqib yoxdur. Bilirdik ki, Tacikistana qarşı oyun da asan keçməyəcək. Müəyyən epizodlarda səhvərimiz oldu. Xüsusən də ikinci hissədə. Bu da evdə oynamağımızdan irəli gəlirdi. Rəqib dişimizə görə idi və azarkeşlərimiz önündə qələbə qazanmaq istəyirdik. Bu səbəbdən də rəqibə təzyiq göstərəndə bəzi epizodlarda səhvlər etdik. Bu da istəkdən, qələbə arzusundan irəli gəlirdi. Əlbəttə ki, bunların üzərində də işləyəcəyik. Bizi vacib matçlar gözləyir. Çox az vaxtda üç vacib görüşə çıxacağıq. Ümidvaram ki, hər üç görüşdə də qalibiyyət əldə edəcəyik".

Bu sözləri Newsport.az saytına açıqlamasında Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli deyib. O, yığma komandamızın qarşıdakı görüşləri haqda da pozitiv danışıb.

Bununla yanaşı, Emreli "Rakuv"da özünü xoşbəxt hiss etdiyini dilə gətirib:

"Mən hazırda anı yaşamağı düşünürəm. Özümü Polşada xoşbəxt hiss edirəm, komandada mənə qarşı diqqət göstərirlər, sağ olsunlar. Məni orada çox yaxşı qəbul etdilər. Onun nəticəsidir ki, özümü yaxşı tərəfdən göstərirəm. Düzdür, nəticələr ürəkaçan deyil, sonuncu pillədəyik. Məşqçimiz yenidir. Düşünürəm ki, bu tempdə davam etsək, vəziyyət düzələcək. Baş məşqçi dəyişikliyi oldu. Yeni məşqçi yeni qan, yeni sistem deməkdir. İnanıram ki, tez bir zamanda onun istəklərini yerinə yetirəcəyik və lazımi nəticələri qazanacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right