İsgəndər Cavadov Elxan Səmədovla görüşdü

Tanınmış futbol veteranı İsgəndər Cavadov Peşəkar Futbol Liqasının qonağı olub.

Newsport.az xəbər verir ki,bu haqda PFL-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsgəndər Cavadov PFL prezidenti Elxan Səmədovla görüşüb. Səmimi şəraitdə keçən görüşdə tərəflər Azərbaycan futbolu ilə bağlı ümumi müzakirələr apararaq, xatirələrini bölüşüblər. Görüşün sonunda PFL prezidenti Elxan Səmədov qonağa xüsusi xatirə hədiyyəsi təqdim edib. İsgəndər Cavadov səmimi qarşılanmaya və diqqətə görə PFL rəhbərliyinə təşəkkürünü bildirib. 

Qeyd edək ki, sentyabrın 20-də 70 yaşı tamam olan İsgəndər Cavadov Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right