U-15 milli komandamıza namizədlərin müəyyənləşdirilməsi məqsədilə növbəti seleksiya oyunları keçiriləcək.
Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, sentyabrın 25-də Bayıl Məşq Mərkəzində təşkil olunacaq toplanışda ümumilikdə 37 futbolçu iştirak edəcək və 3 seleksiya qarşılaşması baş tutacaq.
U-15 millisinin növbəti təlim-məşq toplanışı 27 sentyabr – 1 oktyabr tarixlərinə planlaşdırılıb. Seleksiya oyunlarında özünü göstərən futbolçular komandanın bu təlim-məşq toplanışına dəvət alacaqlar.