“Kəpəz”in əvəzediciləri ilə milli komanda arasında yoxlama oyunu keçiriləcək

“Kəpəz”in əvəzedici heyəti 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-19) ilə yoxlama matçı keçirəcək.

Newsport.az xəbər verir ki, qarşılaşma sentyabrın 25-də saat 17-də Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında baş tutacaq.

Bu oyun U-19-un “Kəpəz” PFK-nın Təlim-Məşq Mərkəzində keçirdiyi hazırlıq prosesi çərçivəsində gerçəkləşəcək.

Yeri gəlmişkən, yığma “Kəpəz-2”dən savayı, oktyabrın 2-də Gəncə klubunun əsas komandası ilə də görüşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right