Xəbərimiz təsdiqləndi Maksimov "Araz-Naxçıvan"ın baş məşqçisi oldu

“Araz-Naxçıvan” baş məşqçi postuna Yuri Maksimovu təyin edib.

Newsport.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Ukraynalı mütəxəssislə anlaşma 2026-2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

O, bu postda Cavid Hüseynovu əvəzləyib.

Qeyd edək ki, Y. Maksimov 2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər “Keşlə” (indiki “Şamaxı”) klubunun baş məşqçisi olub, Azərbaycan Kubokunu qazanıb.

Xatırladaq ki, Yuri Maksimovun "Araz-Naxçıvan"a təyin olunacağı ilə bağlı ilk xəbəri saytımız yaymışdı. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right