“Neftçi” mübarizəyə başlayır

“Neftçi” baksetbol komandası FIBA Avropa Kubokunda bu gün mübarizəyə start verəcək.

“Ağ-qaralar” təsnifat mərhələsində Estoniyanın “Parnu” kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Cavab görüşü sentyabrın 30-da keçiriləcək. Cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda “Oradya” (Rumıniya), “Fribur Olimpik” (İsveçrə), VEF (Latviya), “Mikonos” (Yunanıstan) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right