Xankəndiyə futbol qayıdır

“Xankəndi” bu ildən etibarən ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır.

Newsport.az xəbər verir ki, hazırda Xankəndi şəhər stadionunda təmir işləri davam etdirilir.

Klubun yaydığı məlumata görə, işlərin sentyabrın sonunadək başa çatdırılması planlaşdırılır. Bundan sonra stadionun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.

“Xankəndi”nin Xankəndi şəhər stadionunda ilk ev oyununun tarixi isə rəsmi açılışın qrafikinə uyğun olaraq müəyyənləşdiriləcək.

Beləliklə, klubun təxminən bir ay sonra doğma şəhərində ilk ev oyununa çıxacağı gözlənilir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right